Londonda avtobus dükana çırpıldı: 13 yaralı

Londonda avtobus dükana çırpıldı: 13 yaralı

Londonun şimal-qərb bölgəsində ikimərtəbəli sərnişin avtobusu yoldan çıxaraq dükana çırpılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

0
25