Türkiyədə PKK-çılarla atışma: 1 əsgər şəhid oldu, 6-sı yaralandı

Türkiyədə PKK-çılarla atışma: 1 əsgər şəhid oldu, 6-sı yaralandı

Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində hərbiçilərlə PKK terrorçuları arasında atışma olub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, əməliyyat həyata keçirən təhlükəsizlik qüvvələri bir qrup PKK terrorçusu ilə üz-üzə gəlib.

Atışma nəticəsində 1 əsgər həlak olub, 6-sı yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.

Bölgədə terrorçulara qarşı  əməliyyat davam edir.

0
24