Dünyanın ən yaşlı pişiyi öldü

Dünyanın ən yaşlı pişiyi öldü

Skuter 1986-cı ilin martın 26-da dünyaya gəlib.

ABŞ-ın Texas ştatında Skuter ləqəbli dünyanın ən yaşlı pişiyi ölüb, Oxu.Az The Daily Mail nəşrinə istinadən xəbər verir.

Pişik 1986-cı ilin martın 26-da dünyaya gəlib və elə həmin vaxtdan sahibi Qeyl Floydla yaşayıb. Skuter 30 il ömür sürüb.

Nəşr qeyd edir ki, pişik bu ilin may ayında rekordsmen olub. Heyvanın sahibi bildirib ki, Skuterin çox yaşamasının əsas səbəbi düzgün qidalanma və aktiv həyat tərzi olub.

0
17