Türkiyə helikopterini Rusiya raketi ilə vurublar - VİDEO

Türkiyə helikopterini Rusiya raketi ilə vurublar - VİDEO

PKK terrorçusu helikopterə “İqla”dan atəş açır.

Türkiyənin cənub-şərqində PKK- ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata əsasən mayın 15-də Şırnakda gedən döyüşlərdə türk ordusu daha 7 əsgərini itirib, PKK-çılar eyni vaxtda dörd istiqamətdən Türkiyə ordusunun mövqelərinə hücum etdiyi bildirilir. PKK-çıların da çoxsaylı itkilərə məruz qaldığı açıqlanıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, mayın 13-də gedən döyüşlərdə isə Türkiyə silahlı qüvvələri “Kobra” tipli döyüş helikopterini itirib. Baş qərargah vertolyotun “texniki nasazlıq” üzündən qəzaya uğradığını, iki pilotun həlak olduğunu bildirir. Lakin PKK-nın “GerillaTV” internet televiziyası vertolyotun Rusiyadan alınan “İqla” daşınan zenit-raket kompleksi ilə vurulduğunu əks etdirən videogörüntüləri yayıb.

Kadrlardan görünür ki, yüksək dağlıq ərazidə gedən döyüşlər zamanı kolluqda gizlənmiş PKK terrorçusu helikopterə “İqla”dan atəş açır, raketin hədəfə dəyməsi nəticəsində helikopter havada parçalanır.

0
11