Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxarıb

Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxarıb

Raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb.

Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli “Prithvi-II” raketini uğurla sınaqdan çıxarıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb.

Yer-yer tipli “Prithvi-II” raketi 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıya bilir. Hərəkət məsafəsi  məsafəsi 350 km, çəkisi 4,6 tondur. Raket Hindistanın müdafiə tədqiqatları təşkilatı tərəfindən hazırlanıb.

0
9