İsmət Yılmaz: Qarabağın işğalı siyasəti davam etdirilə bilməz

İsmət Yılmaz: Qarabağın işğalı siyasəti davam etdirilə bilməz

“Türkiyə Azərbaycan xalqının yanındadır”.

Ermənistan Dağlıq Qarabağın işğalı siyasətini davam etdirə bilməz. İşğal siyasəti heç bir yerdə qazana bilməz.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə deyib.

Türkiyəli nazirin sözlərinə görə, erməni xalqının rifaha ehtiyacı var:

“Bunun yolu sülhdən keçir. Sülhün isə necə olacağı bəllidir. Bu, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllidir. Türkiyə bundan kənarda başqa bir həll yolunu dəstəkləmir. Türkiyə Azərbaycan xalqının yanındadır”.

0
12