Məşhur türkiyəli aktrisa öldü

Məşhur türkiyəli aktrisa öldü

Tanınmış türkiyəli aktrisa Oya Aydoğan vəfat edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, mayın 8-də yemək yeyərkən qida boğazında qaldığı üçün özünü pis hiss edən aktrisa daha sonra xəstəxanaya yerləşdirilib. Burada məlum olub ki, 59 yaşlı aktrisa qidanı çıxarmaq istəyərəkən ürəyinə güc düşüb və aorta damarı partlayıb. Bir neçə gün əvvəl əməliyyat olunsa da, tibbi müdaxilə onun yaşaması üçün kifayət etməyib.

0
23