Komandanın aşağı liqaya düşdüyünü sanıb stadionu yandırdılar - FOTO

Komandanın aşağı liqaya düşdüyünü sanıb stadionu yandırdılar - FOTO

Türkiyə çempionatında 33-cü turun bəzi oyunları keçirilib. Lent.az xəbər verir ki, şənbə günü əsasən aşağı pillələrdə yerləşmiş komandaların qarşıdurması ilə yadda qalıb. 17 və 16-cı pillələrdə qərarlaşmış "Sivasspor" və "Əskişəhərspor" bu tur qələbə qazana bilməsələr də,  çempionatda qalmaq şanslarını itirməyib. Belə ki, paralel keçirilən oyunda "Qaziantepspor" "Rizəspor"a məğlub olduğundan adları yuxarıda qeyd edilən klubların şansları hələ də qalır. Lakin dünən axşam keçirilən oyunda "Əskişəhərspor"un İstanbulun "Başakşəhər" komandasına məğlub olmasından sonra komandalarının artıq aşağı liqaya düşdüyünü düşünən bir qrup azarkeş insident törədib. Oyun başa çatan kimi tribunalara od vuran azarkeşlər daha sonra meydana daxil olub və rəhbərliyin istefa verməsini tələb ediblər.

Artıq bir rup azarkeşin xuliqanlıq əməli ilə bağlı polisdə təhqiqat başlayıb.

0
11