Ərdoğanın qızının toyundan - FOTO + VİDEO

Ərdoğanın qızının toyundan - FOTO + VİDEO

Tədbirdə 6 minə yaxın insan iştirak edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyanın iş adamı Səlçuk Bayraktarla toy baş tutub.

Oxu.Az xəbər verir ki, toy mərasimi ötən gün İstanbulun Yəhya Kamal Bəyatlı Mərkəzində təşkil olunub.

Mərasimdə şahidlər arasında Abdulllah Gül, Əhməd Davutoğlu da yer alıblar.  Cütlüyün nikahını Qadir Topbaş kəsib. 

Türkiyə KİV-in məlumatına əsasən, tədbirdə 6 minə yaxın insan iştirak edib.

Ərdoğan qızının toyunda duyğu dolu sözlər deyib.

“Sümeyya uşaq olarkən ona “ceyranım”, “gözümün nuru” deyərdim. İndi bir ceyran kimi yuvasından ayrılır”.

0
11