İbrahimoviç rekordlarla vida edir

İbrahimoviç rekordlarla vida edir

Liqa 1-in 38-ci turunda “Nant”la oyunda iki dəfə fərqlənən Zlatan İbrahimoviç PSJ-də bu mövsüm meydana çıxdığı 31-ci oyunda 38-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, bu nəticə ilə o, 1977/78 mövsümündə parislilərin heyətində rekorda imaz atan Karlos Byankinin göstəricisini yeniləyib.

Qeyd edək ki, bu oyun həm də İsveç milli komandasının kapitanının PSJ-nin heyətində son matçı idi. Dörd ildir ki, paytaxt klubunda çıxış edən 34 yaşlı İbra bu müddətdə ümumilikdə 11 mükafat qazanıb, bunların arasında 4 dəfə çempionluq, 3 dəfə Fransanın ən yaxşı futbolçusu titulu və klub tarixinin ən yaxşı bombardiri olmaq da var.

0
9