ABŞ-da avtobus aşdı: 8 ölü, 44 yaralı

ABŞ-da avtobus aşdı: 8 ölü, 44 yaralı

ABŞ-ın Texas ştatında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər ölüb, onlarla insan xəsarət alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  Rio-Qrande vadisindən İql-Pass şəhərinə gedən avtobus yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və aşaraq, bir neçə dəfə çevrilib. Qəza nəticəsində 7 nəfər hadisə yerində ölüb, daha 1 nəfər xəstəxanada keçinib. Ümumilikdə, 44 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.    

Qəza Meksika sərhədindən 12,9 km aralıda baş verib.

0
17