Ermənilər “Eurovision"-un finalında da təxribata əl atdılar

Ermənilər “Eurovision"-un finalında da təxribata əl atdılar

Ermənilər  İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsinin final günündə  növbəti  təxribata əl atıblar. APA-nın “life.ru”-ya istinadən verdiyi xəbərə görə, müsabiqənin final mərhələsi başlamazdan az əvvəl arxasınca qondarma “DQR”-i və Ermənistanın müsabiqədəki təmsilçisi İveta Muçukyanı dəstəkləyən plakat dalğalandıran təyyarə şəhərin üzərində səmada dövr edib.  

“Karabach-Iveta”  sözləri yazılan plakat yerdən aydın görünüb.   

Qeyd edək ki, təyyarə “Eurovision-2016” müsabiqəsinin keçirildiyi “Qloben Arena”nın üzərində bir müddət dövr edib.

 Xatırladaq ki, bundan əvvəl mayın 10-da Ermənistanın nümayəndə heyəti “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təxribata yol verib.

Müsabiqədə iştirak edən erməni nümayəndə heyəti separatçı “DQR”  bayrağı dalğalandırıblar.

O zaman təxribatın qarşısı müsabiqənin təşkilatçıları tərəfindən alınıb və qayda pozuntusuna görə  erməni nümayəndə heyətinə ciddi xəbərdarlıq edilib.

0
20