“Eurovision 2016”-nın qalibi Ukrayna təmsilçisi Camala oldu

“Eurovision 2016”-nın qalibi Ukrayna təmsilçisi Camala oldu

Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

APA-nın məlumatına görə, “Eurovision 2016” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında  Ukrayna təmsilçisi Camala olub. O, 534 xalla birincilik əldə edib. O ölkələrin çoxundan 12 xal alıb. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xal toplayaraq müsabiqədə 14 yeri tutub.

Qeyd edək ki, Rusiya və İsveç Azərbaycana 10 xal verib.

Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan, Makedoniya -1, Kipr, Belarus -2 xal, Ukrayna, Macarıstan – 7 xal verib.

Azərbaycan isə 8 balı Bolqarıstana, 10 balı Ukraynaya, 12 balı isə Rusiyaya verib.

Tamaşaçı səsverməsi  Azərbaycana əlavə 73 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Səmra Rəhimli müsabiqədə 117 xal toplayıb.

Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla “Eurovision 2016” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.

Qeyd edək ki, İsveçdə keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2016” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq “Miracle” mahnısını səsləndirib.

Beləliklə, “Eruovision 2017” yarışması  Ukraynada baş tutacaq.

0
18