Dərbənddəki hücumu İŞİD törədibmiş

Dərbənddəki hücumu İŞİD törədibmiş

İŞİD terror qruplaşmasının silahlıları Dağıstanın Dərbənd şəhərində polis əməkdaşlarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın xəbərinə görə, bu barədə  “Reuters” məlumat yayıb.

Qeyd edək ki, ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb.

Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub. Atışma zamanı Dərbənd polis idarəsinin cinayət axtarış şöbəsinin rəisinin də həlak olduğu bildirilir.

Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.  

0
15