“Eurovision”da növbəti erməni təxribatı – VİDEO

“Eurovision”da növbəti erməni təxribatı – VİDEO

Təyyarə qondarma “DQR”i dəstəkləyən plakat açıb.

Bu gün “Eurovision-2016” mahnı müsabiqəsinin finalının keçirildiyi İsveçin Stokholm şəhərində Ermənistanın nümayəndələri növbəti təxribata əl atıblar.

Oxu.Az xəbər verir ki, İsveç paytaxtının üzərindən qondarma “DQR” və Ermənistanın yarışdakı təmsilçisi İveta Mukuçyanı dəstəkləyən plakat açmış təyyarə uçub.

Təxribat xarakterli plakatı daşıyan təyyarə müsabiqənin finalının keçirildiyi “Qloben-Arena”nın üzərindən uçub.

Xatırladaq ki, müsabiqənin yarımfinalında erməni ifaçı qondarma “DQR”in bayrağını nümayiş etdirmişdi.

0
45