“Barcelona” İspaniya çempionu oldu

“Barcelona” İspaniya çempionu oldu

Məğlubiyyətə uğradıqları təqdirdə katalonluları Madrid “Real”ı qabaqlaya bilərdi.

“Barcelona”nın futbolçuları İspaniya çempionatının sonuncu 38-ci turunda səfərdə “Qranada”ya qalib gələrək, turnir cədvəlini birinci yerdə başa vurublar, Oxu.Az xəbər verir.

Görüş 3:0 hesabı ilə “Barcelona”nın xeyrinə başa çatıb, bütün qolları Luis Suares vurub.

“Barcelona” yekunda 91 xal toplayıb. Sonuncu turda məğlub olduqları təqdirdə Madrid “Real”ı katalonluları qabaqlaya bilərdi.

Zinəddin Zidanın başçılıq etdiyi komanda şənbə günü səfər oyununda “Deportivo La Korunyo”ya 2:0 hesabı ilə qalib gəlib və 90 xal toplayıb.

Beləliklə “Barcelona” 24-cü dəfə İspaniya çempionu olub.

0
19