Milli Parkda turist öldü

Milli Parkda turist öldü

Rüstəmovun halı qəfildən pisləşib.

Bu gün saat 16.00 radələrində Göy-göl Milli Parkının ərazisinə ziyarətə gələn turistlərdən biri qəfil ürək tutmasından dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, ailəsi ilə birgə Milli Parka ziyarətə gələn Rüstəmov Cavad Rüstəm oğlunun gəzinti zamanı qəfildən halı pisləşib.

Ona Milli parkın əməkdaşları tərəfindən ilkin yardım göstərilib və dərhal təcili tibbi yardım maşını çağırılıb.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər həmin şəxsin ürək tutmasından dünyasını dəyişməsi faktını təsdiqləyib.

Baş vermiş bədbəxt hadisə ilə bağlı Milli Parkın rəhbərliyi tərəfindən rayon polis şöbəsinə və prokurorluğa məlumat verilib.

0
21