Moskvada qəbiristanlıqda kütləvi dava:ölü sayı 12-yə çata bilər

Moskvada qəbiristanlıqda kütləvi dava:ölü sayı 12-yə çata bilər

Mayın 14-də Moskvanın Xovan qəbiristanlığında kütləvi dava baş verib. Lent.az-ın lenta.ru-ya istinadən məlumatına görə, davanın Orta Asiya respublikalarından olan vətəndaşlarla qafqazlılar arasında baş verdiyi bildirilir. Davaya qəbiristanlığın xidmətiərazilərinin bölünməsi ilə bağlı ziddiyyət səbəb olub.

Polis 200-ə qədər adamın qatıldığı davada 2 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını təsdiq edib. 50-yə yaxın adam saxlanılıb. Qəbiristanlığa xeyli sayda xüsusi təyinatlı göndərilib. Dava zamanı tərəflər daş parçaları, armatur və odlu silahdan istifadə ediblər.

Qəbiristanlıq işçiləri isə davada ölənlərinin sayının 12-yə çatacağını bildirib.

0
14