Ərdoğanın kürəkəninə əsgərlərdən TOY hədiyyəsi

Ərdoğanın kürəkəninə əsgərlərdən TOY hədiyyəsi

Terror qruplaşması PKK ilə mübarizənin ən gərgin olduğu bölgələrdən olan Şırnakdan bir qrup əsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan ilə bu gün toyu olacaq Səlcuq Bayraqdarı fərqli şəkildə təbrik edib.

Lent.az-ən .sozcu.com.tr-yə istinadən məlumatına görə, əsgərlər S. Bayraqdarı plakatlı mesajla təbrik ediblər.

Twitter hesabından əsgərlərin yolladığı “Səlcuq abi, mutluluklar, Şırnakdan salamlar. Bursa/JÖH” plakatlı mesajını paylaşan yeni kürəkən “Şırnakda əməliyyat səbəbindən nikaha gələ bilməyən qəhrəman qardaşlarım ən gözəl hədiyyəni yollayıb”, deyə yazıb.

Sümeyyə Ərdoğan isə Ttwitter hesabından "Bu mutlu günümüzdə təbriklərini bildirən bütün dostlara təşəkkür edir, xeyirli dualarını gözləyirəm" mesajını paylaşıb.

0
22