Ərdoğan İlham Əliyevi toya dəvət etdi

Ərdoğan İlham Əliyevi toya dəvət etdi

Mərasimdə 5 dövlət və hökumət başçısı iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qızının toy mərasiminə dəvət edib.

Oxu.Az xəbər verir ki, bu barədə Virtualaz.org saytı Pakistan KİV-lərinə istinadən məlumat yayıb.

Belə ki, Ərdoğanın qızının toyuna dəvət alanlar arasında Pakistanın baş naziri Navaz Şərif və ailəsi, habelə qardaşı, Puncab əyalətinin baş naziri Şahbaz Şərif də var. Pakistan baş naziri və ailə üzvləri Ərdoğanın qızının toy mərasimində iştirak etmək üçün bu gün İstanbula gedəcəklər.

Pakistanın “The News” qəzetinin xəbərinə əsasən Ərdoğan qızının toyuna beş dövlət və hökumət başçısını dəvət edib.

Onların arasında Pakistan baş naziri ilə yanaşı Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani də yer alır.

Ərdoğanın qızının toyu bu gün axşam İstanbulun Yəhya Kamal Bəyatlı Mərkəzində keçiriləcək. Türkiyə prezidentinin qızı Süməyya Ərdoğan məşhur iş adamının oğlu, pilotsuz uçan aparatların istehsalı üzrə mühəndis olan Selcuk Bayraktarla evlənir.

Toya görə İstanbulda fövqəladə təhlükəsizlik tədbirləri görülüb, hətta Türkiyənin süni peykləri də toy mərasiminin təhlükəsizliyinin təmin olunmasına cəlb olunub.

0
20