Bu gün “Eurovision-2016”nın finalıdır

Bu gün “Eurovision-2016”nın finalıdır

Mayın 14-də Bakı vaxtı ilə gecə saat 00:00-da “Globe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu başlayacaq.

Lent.az-ın məlumatına görə, finalın açılışında qonaqlara maraqlı şou proqramı təqdim ediləcək.

Sonra Belçika, Çexiya, Niderland Krallığı, Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa, Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Böyük Britaniya, Ermənistan təmsilçiləri səhnə şoularını təqdim edəcəklər.

Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcək. Sonra səsvermənin nəticələri elan ediləcək və qalib ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

0
45