Bu yolda sürət həddi artırıldı

Bu yolda sürət həddi artırıldı

Minimal sürət həddi 90 km/s təşkil edir.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.

Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-dən bildiriblər.

Məlumata görə, magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.

0
13