Bu gün “Eurovision 2016”nın qalibi məlum olacaq – VİDEO

Bu gün “Eurovision 2016”nın qalibi məlum olacaq – VİDEO

Azərbaycan təmsilçisi səhnəyə 4-cü nömrə altında çıxacaq.

Artıq “Eurovision” Mahnı Müsabiqəsinin finalına bir neçə saat qalıb.

Oxu.Az xəbər verir ki, bukmeykerlərin tərtib etdiyi favorit ölkələr siyahısında ilk yerlərdə Rusiya, Fransa, İsveç, Ukrayna, Avstraliya yer alır.

Layihənin prodüsseri Krister Byerkmanın sözlərinə görə, bu ilki səsvermə tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq.

Finalda tamaşaçıları gözləyən sürprizlərdən biri amerikalı müğənni Castin Timberleykin çıxışı olacaq.

Təmsilçilərin səhnəyə çıxış ardıcıllıqları isə belədir:

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan

Siyahıdan da göründüyü kimi Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq. Səmra ölkəmizi “Miracle” (“Möcüzə”) adlı mahnı ilə təmsil edəcək.

0
16