Qazax sakini minaya düşdü

Qazax sakini minaya düşdü

Vəliyev ayağını itirib.

Qazax rayon sakini minaya düşüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb.

Müxtəlif bədən xəsarəti alan V. Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onun sol ayağı dizdən aşağı amputasiya olunub.

0
14