Krımda ağır qəza: ikisi azyaşlı olmaqla 6 nəfər öldü

Krımda ağır qəza: ikisi azyaşlı olmaqla 6 nəfər öldü

Krımda minik və yük avtomobillərinin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qəza “Simferopol-Aluşta-Yalta” avtomagistralının Vinoqradnoye qəsəbəsi  ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” yük avtomobili əks istiqamətdə hərəkət edən “Daewoo Lanos” markalı minin avtomobili ilə toqquşub. Qəza nəticəsində “Daewoo”da olan 6 nəfər ölüb. Onlardan ikisi, 2010 və 2012-ci il təvəllüdlü azyaşlılardır.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

0
20