ATƏT-in Minsk qrupu bəyanat yaydı – YENİLƏNİB

ATƏT-in Minsk qrupu bəyanat yaydı – YENİLƏNİB

Rusiyalı və fransalı həmsədrlər bu gün Bakıya gəlirlər.

ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri Pyer Andryu və İqor Popov bu gün Bakıya gəlirlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Fransanın ATƏT-dəki səfiri Veronika Loger Lakan özünün “twitter” səhifəsində yazıb.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik isə daha onlara qatılacaq.

Həmsədlərin Xankəndi və Ermənistana da səfərləri olacaq.

17:43

Biz ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını güclü şəkildə pisləyirik.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir.

Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü baş tutub. 

0
12