Məktəb avtobusu minik avtomobili ilə toqquşdu: 9 yaralı

Məktəb avtobusu minik avtomobili ilə toqquşdu: 9 yaralı

Kanadanın Kvebek əyalətində yerləşən Mon-Sen-İler şəhərində məktəb avtobusu minik avtomobili ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Minik avtomobilinin sürücüsü və sərnişinin vəziyyətinin ağır olduğu bildirilir. Məktəbliləri daşıyan avtobusda 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların  həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, Mon-Sen-İler Kvebek əyalətinin ən iri şəhəri olan Monrealdan 30 km şərqdə yerləşir.

0
20