FİFA-ya yeni üzvlər qəbul olundu

FİFA-ya yeni üzvlər qəbul olundu

Meksikanın paytaxtı Mexikoda FİFA-nın 66-cı konqresi baş tutub.

Apasport.az saytının məlumatına görə, tədbirdə Kosovo və Cəbəllütariqin ali futbol qurumuna qəbulu ilə bağlı səsvermə keçirilib.

Yekun rəyə əsasən, hər iki ölkə dünya futbol ailəsinə qəbul edilib. Kosovo FİFA-nn 210-cu, Cəbəllütariq isə 211-ci üzvü olub.

Səsvermənin nəticələrinə əsasən, 141 federasiya Kosovonın FİFA üzvü seçilməsinin lehinə, 23 federasiya isə əleyhinə səs verib.

Cəbəllütariqin FİFA üzvü seçilməsinə isə 172 ölkə razılıq verib. Cəmi 12 federasiya bu ölkənin üzvlüyünün əleyhinə çıxıb.

Beləliklə, həm Cəbəllütariq, həm də Kosovo milli komandaları DÇ-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə edib.

0
20