Məşhur boksçuda dopinq aşkarlandı

Məşhur boksçuda dopinq aşkarlandı

Məşhur rusiyalı boksçu Aleksandr Povetkinin orqanizmində istifadəsi qadağan olunmuş meldoniy preparatı aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” səhifəsində ESPN-in əməkdaşı Den Rafael yazıb.

Bildirilir ki, A.Povetkindən götürülən dopinq-test müsbət nəticə verib. Qeyd edək ki, mayın 21-də Moskvada WBC versiyası üzrə dünya çempionluğu uğrunda A.Povetkin ilə amerikalı Deontey Uaylder arasında döyüş keçirilməlidir. Son hadisəyə əlaqədar çempionluq uğrunda döyüş baş tutmaya bilər.

Xatırladaq ki, bu ilin martında məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş eyni adlı preparatın aşkar edilməsini bəyan edib.

0
22