İŞİD-in hədəfi "Real Madrid": 16 ölü, 20 yaralı

İŞİD-in hədəfi "Real Madrid": 16 ölü, 20 yaralı

İspaniya futbol klubu "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib. ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Bu barədə İspaniyanın AS idman qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib.

İraqda "Real Madrid" azarkeşlərinin toplaşdığı yer olan mərkəzdə tərəfdarlar ispan nəhənginin matçlarını izləmək üçün yığışırdılar. Mərkəzin özündən verilən məlumata görə, bir qrup İŞİD terrorçusu AK-47 silahları ilə qarşılarına çıxan hər kəsi atəşə tutub.

“Onlar futbolu sevmirlər və bunun islama zidd olduğuna inanırlar”, - deyə mərkəzdən məsul şəxs Ziad Subhan bildirib.

0
62