​FİFA-nın baş katibi vəzifəsinə tarixdə ilk dəfə qadın seçilib

​FİFA-nın baş katibi vəzifəsinə tarixdə ilk dəfə qadın seçilib

“Biz gender bərabərliyi baxımından əla qərar verdik”.

BMT-nin seneqallı diplomatı Fatma Samura tarixə FİFA-nın baş katibi vəzifəsini tutan ilk qadın kimi düşəcək.

Oxu.Az xəbər verir ki,  bu barədə müvafiq qərar ali futbol qurumunun 66-cı konqresində qəbul edilib. 

FİFA prezidenti Canno İnfantino bu seçimi mütərəqqi addım kimi dəyərləndirib: 

“Biz gender bərabərliyi baxımından əla qərar verdik. Üstəlik bu xanım keçmişin yox, gələcəyin təmsilçisidir. Düşünürəm ki, çox mütərəqqi seçim və təyinat oldu”.

Samura BMT-nin 21 ildir davam edən inkişaf proqramının Nigeriyadakı daimi nümayəndəsidir. O, FİFA Nizamnaməsinə əsasən, iyunun ortalarınadək sınaq dövrü keçəcək.

Qeyd edək ki, son zamanlar FİFA-da baş katib səlahiyyətlərini Markus Kattner yerinə yetirib. Fatma Samura isə rüşvət qalmaqalı ilə əlaqədar futboldan kənarlaşdırılmış Jerom Valkeni əvəzləyib.

0
13