Kerri İlham Əliyev və Sarkisyanla Qarabağı müzakirə edəcək

Kerri İlham Əliyev və Sarkisyanla Qarabağı müzakirə edəcək

ABŞ-ın dövlət katibi 16-17 may tarixlərində Vyanaya səfər edəcək.

ABŞ-ın dövlət katibi Con Kerri dünya turu çərçivəsində müzakirə edəcəyi əsas mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsi olacaq.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

Kerri 16-17 may tarixlərində Vyanaya səfər edəcək. Burada o, Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək.

“Dövlət katibi Rusiya və Fransa nümayəndələri  ilə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək”, - Con Kibri deyib.

C.Kerri Vyanada həmçinin Liviya üzrə görüşdə və Suriyaya dəstək qrupunun iclasında iştirak edəcək. 

0
15