Voleybolçularımız oyuna hərbi geyimdə çıxdılar – FOTO

Voleybolçularımız oyuna hərbi geyimdə çıxdılar – FOTO

Qarşılaşma birdəqiqəlik sükutla başlanıb.

Bu gün startı verilən Azərbaycan Super Liqasında final mərhələsinin oyunları birdəqiqəlik sükutla başlanıb. 

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, 3-cü yer uğrunda "Azəryol"la "Lokomotiv" komandaları meydana pankartlar və hərbi geyimdə çıxıblar.

Bu zaman "Lokomotiv" voleybolçularının hərbi geyimdə olmaları diqqət çəkib. 

Onların əlində "Nagorno Karabakh belongs Azerbaijan" ("Dağlıq Qarabağ Azərbaycanındır") pankartı olub. "Azəryol"un voleybolçuları kiçik bayraqlarla və "Biz ordumuzla fəxr edirik" yazılmış parkartlarla olub. Komandanın məşqçilər heyəti hərbi formada meydana çıxıb. Qarşılaşmadan öncə birdəqiqəlik sükut elan olunub və Azərbaycanın dövlət himni səsləndirilib. 

Qeyd edək ki, bu oyunun ardından "Telekom"la "Azərreyl" arasında final görüşü keçiriləcək. 

0
30