Yerevanda Nalbandyan və Ohanyanın istefasını tələb edirlər - FOTO

Yerevanda Nalbandyan və Ohanyanın istefasını tələb edirlər - FOTO

Ermənistanda etiraz aksiyası başlayıb.

Yerevanda xarici işlər və müdafiə nazirlərinin istefası tələbi ilə etiraz aksiyası başlayıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, etirazçılar Baramyan-Proşyan yol kəsişməsindən yürüşə başlayıblar. yürüşün marşrutu hələlik məlum deyil.

Aksiya iştirakçıları  xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefasını tələb edirlər.

Bundan əlavə etirazçılar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ölən hər bir silahlı erməni ailəsinə dövlət büdcəsindən 30 min dollar, yaralılara isə minimum 5 min dollar məbləğində maliyyə yardımı ayrılmasını,

Yürüş iştirakçıları həmçinin Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması, “bitişik rayonlar da daxil olmaqla, ərazi güzəştinə gedilməməsi” kimi tələblər irəli sürüblər.

0
22