Milli İncəsənət Muzeyinin direktoruna “Şəfəq” ordeni verilib

Milli İncəsənət Muzeyinin direktoruna “Şəfəq” ordeni verilib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, akademik Çingiz Fərzəliyevə Gürcüstanın “Şəfəq” ordeni təqdim olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimi bu gün Gürcüstan Milli Tarix Muzeyində keçirilib.

Ç. Fərzəliyevə ordeni prezident Giorgi Marqvelaşvili adından Gürcüstan prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi təqdim edib. Tədbirdə Gürcüstan Milli Tarix Muzeyinin direktoru, akademik David Lordkipanidze, Gürcüstan mədəniyyət naziri Mixail Giorqadze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın keçmiş mədəniyyət naziri Valeri Asatiani, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət  Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək Ç. Fərzəliyevi Gürcüstanın “Şəfəq” ordeninə layiq görülməsi münasibəti ilə təbrik ediblər.

Ç. Fərzəliyev isə Gürcüstan prezidentinə və gürcü xalqına təşəkkürünü bildirib və bundan sonra da Azərbaycan və gürcü xalqları arasında dostluq və mədəni münasibətlərinin möhkəmlənməsinə çalışacağını bildirib.

0
28