Evakuator Bakıda adam vurdu

Evakuator Bakıda adam vurdu

Araşdırma aparılır.

Bakıda ağır yol qəzası baş verib. 

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 12-də saat 13 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Babək Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə (evakuator) yolu keçən 20-25 yaşlı qadını vurub.

Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

0
15