Rusiyalı deputat: Dağlıq Qarabağ mövzusunda siyasətbazlığa yer yoxdur

Rusiyalı deputat: Dağlıq Qarabağ mövzusunda siyasətbazlığa yer yoxdur

“Münaqişə vəziyyətlərinin tənzimlənməsi peşəkarların işidir”.

Dağlıq Qarabağ münaqişəsi – çox mürəkkəb, incə prosesdir, burada siyasətbazlığa yer yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”ya verdiyi müsahibəsində Rusiyanın Beynəlxalq işlər üzrə şura komitəsinin sədri Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ mövzusu parlamentarilər arasında müzakirə mövzusudur.

“Mən gözəl başa düşürəm ki, münaqişəli məsələlərin tənzimlənməsi peşəkarların, dövlət rəhbərlərinin, diplomatların, peşəkar vasitəçilərin işidir. Parlamentarilər isə bacardıqları qədər bu işə vasitəçilik etməlidirlər. Mən əminəm ki, biz bu işin öhdəsindən gəlirik. Biz bu məsələləri ikitərəfli və çoxtərəfli formatlarda müzakirə edirik”, - K.Kosaçev deyib.

0
16