Azərbaycanlı polislər kimsəsiz qızı qohumlarına qaytardılar

Azərbaycanlı polislər kimsəsiz qızı qohumlarına qaytardılar

Uşaq hələ 3 yaşında ikən respublikaya gəlib.

Polis hər iki valideyninin qəfil ölümündən sonra Azərbaycanın uşaq evlərindən birinə düşmüş rusiyalı qızın qohumlarını tapıblar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, uşağın doğma xalası mərhum bacısı ilə əlaqəni çoxdan itirib. Polislər tərəfindən tapılan qohum, uşağı himayəsinə götürərək öz ailəsində tərbiyə etmək istədiyini bildirib. 

“Həştərxan vilayəti üzrə DİN idarəsinə Azərbaycanın hüquq mühafizəçilərindən müraciət daxil olub. Xarici dövlətdən olan həmkarları Bakı şəhərinin uşaq evlərindən birinə 13 yaşlı Rusiya vətəndaşının yerləşdirildiyini bildiriblər. Uşaq hələ 3 yaşında ikən respublikaya gəlib. Amma öncə anasının, daha sonra isə atalığının qəfil ölümü nəticəsində uşaq valideyn himayəsindən məhrum qalıb”, - Volk bildirib.

DİN idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbəsinin əməkdaşları Krasnoyarsk rayonunda rusiyalı qızın doğma xalasını tapıblar, o, uşağı Bakı uşaq evindən götürmək qərarına gəlib.

“Hazırda qohumlar iki ölkənin polis və himayə orqanlarının vasitəçiliyi ilə MDB qanunvericiliyi və sazişi ilə təyin olunmuş uşağın qaytarılması və onun üzərində himayənin bərpa edilməsi prosedurlarını keçirirlər”, - Volk bildirib.

0
21