Azərbaycanlı müğənni boşanma xəbərindən danışdı - "Ayrı qalırıq"

Azərbaycanlı müğənni boşanma xəbərindən danışdı - "Ayrı qalırıq"

Azərbaycanlı müğənni Yeganə Mürsəlova həyat yoldaşından boşanması xəbərinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, ifaçı “Ondan sonra” verilişində bildirib ki, həyat yoldaşı ilə ayrı yaşasalar da boşanmayıblar:

“Bir çoxları iddia edir ki, boşanmışam. Amma bu xəbər yalandır. Sadəcə yeni filmə çəkildiyimə görə Azərbaycandayam. Buna görə də mən Bakıda, həyat yoldaşım İstanbulda yaşayır. Yoldaşım yanımıza tez-tez gəlib-gedir. Oğlum isə mənimlə qalır. Əgər boşanası olsam, gizlətmərəm. Yer üzündə ayrılan ilk qadın olmayacam ki... Amma boşanmamışam”.

Qeyd edək ki, Y.Mürsəlova 2010-ci ildə Fateh adlı türkiyəli iş adamı ilə ailə qurub.

0
14