>Gəncə İstintaq təcridxanasının rəisi və bir neçə əməkdaşı işdən çıxarıldı

>Gəncə İstintaq təcridxanasının rəisi və bir neçə əməkdaşı işdən çıxarıldı

Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gəncə İstintaq təcridxanasının rəisi Şakir Bayramov xidmətdə verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Aparılan yoxlamalar zamanı təcridxananın bir neçə əməkdaşının da işində nöqsanlar aşkar edilib və onlar da vəzifələrindən azad olunublar.

0
18