Bakıda dayısının evindən 40 min manat oğurlayan şəxs tutuldu

Bakıda dayısının evindən 40 min manat oğurlayan şəxs tutuldu

Əməliyyat keçirilib.

Bakıda qohumunun evindən oğurluq etmiş şəxs tutulub. 

Oxu.Az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlayan qohumu Nilufər Əhmədov tutulub.

Qeyd edək ki, N.Əhmədov A.Məhərrəmlinin bacısı oğludur. 

0
16