Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

Yığma A qrupunda 3 oyundan 4 xal toplayıb.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatında 1/4 final mərhələsindən ən çox xalla kənarda qalıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, Təbriz Həsənovun baş məşqçi olduğu yığma A qrupunda 3 oyundan 4 xal toplayıb. 

Təşkilatçı ölkə yığması bu göstəricidə hətta qrupda qalan İtaliya və Fransanı da qabaqlayıb. Yekun sıralamada Azərbaycan millisi Danimarka ilə birgə 9-10-cu yerləri bölüşdürüb. 
Mübarizəni dayandıran komandaların xal durumu:  

9-10. Danimarka, AZƏRBAYCAN - hərəyə 4 xal
11-12. İtaliya, Bosniya və Herseqovina - hərəyə 3
13 - 15. Fransa, Ukrayna, Serbiya - hərəyə 1
16. Şotlandiya - 0. 

Növbəti mərhələyə yüksələn komandalardan ən az - 5 xal toplayanı isə Azərbaycanla eyni qrupda yer almış Belçika olub. 

Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində mayın 14-də Portuqaliya - Avstriya və Almaniya - Belçika, mayın 15-də isə İsveç - Hollandiya və İspaniya - İngiltərə qarşılaşmaları keçiriləcək. Yarımfinal oyunları mayın 18-də, final matçı isə mayın 21-də olacaq. 

0
14