Roqozin yenidən Azərbaycana gəlir

Roqozin yenidən Azərbaycana gəlir

Tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyəti müzakirə edəcəklər.

Rusiya hökunmətinin baş nazirinin müavini Dmitri Roqozin mayın 17-də Azərbaycana səfər edəcək. 

Oxu.Az bu barədə İnterfaks-Azərbaycana istinadən xəbər verir.

“Rusiya baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində əsasən Rusiya prezidenti Vladimir Putinin may ayında Azərbaycana gözlənilən səfəri ilə əlaqədar müzakirələr aparılacaq”, - agentliyin mənbəsi bildirib.

Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyəti müzakirə edəcəklər.

0
13