Həsənov, Xidaşeli və Yılmaz Qəbələdə görüşəcəklər

Həsənov, Xidaşeli və Yılmaz Qəbələdə görüşəcəklər

MN məlumat yaydı.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

0
12