Astarada mikroavtobus yük maşını ilə toqquşdu: Dörd ölü, yeddi yaralı

Astarada mikroavtobus yük maşını ilə toqquşdu: Dörd ölü, yeddi yaralı

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

OxuAz xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.

0
23