ABŞ-dan neftin qiymətlərinə dair şok proqnoz

ABŞ-dan neftin qiymətlərinə dair şok proqnoz

İdarə hadisələrin inkişafına dair üç ssenari hazırlayıb.

2040-cı il üçün neftin bir barelinin qiyməti 250 dollardan artıq ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında İnformasiya idarəsinin hesabatında deyilir.

İdarə hadisələrin inkişafına dair üç – müsbət, realistik və mənfi ssenari hazırlayıb. Hesabat hazırlanarkən Neft İxrac Ölkələr Təşkilatının (OPEK), digər neft hasilatı ilə məşğul olan ölkələrin mümkün qərarları və yanacağa olan tələbatının dinamikası da nəzərə alınıb.

Müsbət ssenaridə neftin 2040-cı il üçün bir barelinin qiyməti 250-a qədər arta bilər. Mənfi ssenari üzrə neftin bir bareli 76 dollar, realistik ssenari üzrə isə 141 dollardan ibarət olacaq.

Bununla yanaşı, ABŞ Energetika Nazirliyinə görə, 25 ildən sonra dünya enerji istehlakı təxminən 48 faiz artacaq, bu əsas neft istehlakçılarına çevriləcək Çin və Hindistan da daxil olmaqla Asiyanın inkişaf edən iqtisadiyyatı hesabına baş verəcək.

ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 25 il sonra neft dünya enerjisinin 30%-ni təmin edəcək (indi 33 faizdir). Eyni zamanda təbii qazın istifadəsi də artacaq. 2040-cı ildə onun payı 26%-ə çatacaq.

2030-cu ildə qaz kömürü sıxışdıraraq bu sahədə ikinci yeri tutuacaq. Qarşıdan gələn 25 il ərzində ən sürətli bərpa olunan enerji mənbələri inkiışaf edəcək. Ümumi həcmdə onların istehsal payı 16 faizə qədər artacaq.

0
16