Krediti olanların əmək haqqısı yubanırsa, nə etməli? – VİDEO

Krediti olanların əmək haqqısı yubanırsa, nə etməli? – VİDEO

Qanunvericiliyə görə bununla bağlı banklara hansısa göstəriş vermək olmaz.

Vətəndaşlar əmək haqları bir neçə gün yubandığına görə kreditlərini müəyyən edilən gün qaytara bilmirlər.

Oxu.Az xezerxeber-ə istinadən məlumatına görə, belə olanda əsas borcun üzərinə faiz hesablanmağa başlayır. 

Maaşların yubanması işəgötürən tərəfindən qaynaqlandığına görə vətəndaşa hansısa güzəşti getmək olarmı?

Bu məsələ maaşların yubanmasına görə bankların güzəştə gedib-getməməsini aktuallaşdırır. Görəsən, vətəndaşdan qaynaqlanmayan səbəbə görə, əsas borcun üzərinə faizləri hesablamaq nə dərəcədə düzgündür? Qanunvericiliyə görə bununla bağlı banklara hansısa göstəriş vermək olmaz.

Belə vəziyyətlə üzləşən vətəndaşlar banka ərizə ilə müraciət edə bilərlər. Hazırda ölkədə fəaliyyət göstərən bankların bir neçəsi bu yolla vətəndaşlara güzəştə gediblər. Sözügedən güzəştlər müştərilərin vəziyyətini yaxşılaşdırmaqla yanaşı, banklar üçün də sərfəlidir.

0
10