Səmranın səhnəyə neçənci çıxacağı bəlli oldu

Səmranın səhnəyə neçənci çıxacağı bəlli oldu

Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu baş tutacaq.

APA-nın məlumatına görə, ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.

Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki,  Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli  səhnəyə 4-cü nömrə altında çıxacaq. Yarışmaya Belçika təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Ermənistan təmsilçisi çıxacaq.

Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər:

1. Belçika

2. Çexiya

3. Niderland

4. Azərbaycan

5. Macarıstan

6. İtaliya

7. İsrail

8. Bolqarıstan

9. İsveç

10. Almaniya

11. Fransa

12. Polşa

13. Avstraliya

14. Kipr

15. Serbiya

16. Litva

17. Xorvatiya

18. Rusiya

19. İspaniya

20. Latviya

21. Ukrayna

22. Malta

23. Gürcüstan

24. Avstriya

25. Böyük Britaniya

26. Ermənistan

0
22