Ermənistan ordusunun yüksək vəzifəli şəxsi həbs edilib

Ermənistan ordusunun yüksək vəzifəli şəxsi həbs edilib

Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin Avtonəqliyyat Xidmətinin rəisi polkovnik David Abramyan həbs edilib. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sədrinin müşaviri Sona Truzyan bildirib.

“Abramyan  Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində başlanılan cinayət işi çərçivəsində həbs edilib”, - deyə Truzyan bildirib.

Xatırladaq ki, aprelin sonlarında Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib.

S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifədən çıxarılıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.  

0
23