Premyer Liqada gözlənilən istefa

Premyer Liqada gözlənilən istefa

"Everton" baş məşqçi Roberto Martineslə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun bu addımına səbəb son matçlardakı uğursuzluqlardı.

Son 10 oyunda sadəcə 1 qələbə qazanan Liverpul təmsilçisi dünən də "Sanderlend"ə böyük hesabla uduzub (0:3).

Bu isə rəhbərliyin səbrini daşıran son damla olub.

Qeyd edək ki, Martines 2013-cü ildə komandaya rəhbərlik edirdi. O, "Everton"dakı ilk mövsümünü beşinci pillədə başa vursa da, sonrakı mövsümlərdə ilk onluğa düşə bilməyib.

0
23